• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

İyun ayına olan hava proqnozu

İyun ayına olan hava proqnozu
01.06.2020 19:30
İyun ayına olan hava proqnozu açıqlandı.



Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Gecələrtemperatur 19-24, gündüzlər 26-31, bəzi günlərdə 35-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 9-12 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələrtemperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasından bir qədər az (norma 21-35 mm) olacaq .

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrtemperatur 12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-30 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 86-130 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələrtemperatur 18-23, gündüzlər 30-35, bəzi günlərdə 37 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 46-63 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələrtemperatur 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan az olacağı (norma 18-179 mm) gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələrtemperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına (norma 12-49 mm) yaxın olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələrtemperatur 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 29-47 mm) gözlənilir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ağdərədə mina hadisəsi baş verib
Cəmiyyət 14:41
Ağdərədə mina hadisəsi baş verib
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Masallıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 10:03
Masallıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol