• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

TQDK imtahanın nəticələrini təhlil etdi

TQDK imtahanın nəticələrini təhlil etdi
11.07.2014 15:30
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iki il əvvəl 9-cu sinif, bu il isə 11-ci sinif üzrə buraxılış imtahanı vermiş məzunların bu imtahanlarda göstərdikləri nəticələri müqayisəli şəkildə təhlil edib.Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfarsında bildirib ki, 2012-ci ildə 117 000 nəfər 9-cu sinif üzrə buraxılış imtahanı verib. Onların 85 000-i bu il 11-ci sinif üzrə buraxılış imtahanı verib.XI sinif imtahanında iştirak etməyən şagirdlərdən 5 000-i orta ixtisas məktəblərində, 5 000-i isə peşə liseylərində oxuyur, təxminən 150 şagird 10-cu sinifdə qalıb.TQDK sədri deyib ki, 2012-ci ildə 9-cu sinifdə buraxılış imtahında Ana dilindən iki qiyməti alanların sayı 19-20 faiz idi. Bu il 11-ci sinif məzunu olmuş həmin şagirdlərin 16 faizi Ana dilindən "iki" qiyməti alıb. 2012-ci ildə riyaziyyatdan iki alanların sayı 32 faiz olduğu halda, hazırda bu göstərici 19-20 faizdir: "Bu faizin azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib".M.Abasazadə qeyd edib ki, 2012-ci ildə 9-cu sinif üzrə buraxılış imtahında iki alan və bu illdə XI sinif üzrə buraxılış imtahanında iştirak edənlərin 45 faizi ana dlindən yenidən "iki" qiyməti alıb. Onların 47 faizi "üç" qiyməti, 7 faizi "dörd" qiyməti, bir faizi "beş" qiyməti alıb: "Oxumaq istəyən uşaqlar bu iki il ərzində öz üzərində işləyiblər. Nəticədə onların 45-nin nəticəsi eyni səviyyədə qalsa da, qalanları öz nəticələrini müsbətə doğru dəyişiblər".M.Abbaszadə bildirib ki, 2012-ci ildə 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanında riyaziyyatdan "iki" alan şagirdlərin 42 faizi bu il 11-ci sinif üzrə keçirilən braxılış ımtahanında da eyni nəticəni göstərib. İki il əvvəl 9-cu sinif məzunu olmuş həmin 11-cı sinif şagirdlərinin 44 faizi "3", 12 faizi "4", 1,5 faizi isə "5" qiyməti alıb.2012-cı ildə imtahan vermiş şagirdlərin 24 faizi Ana dilindən, 35 faizi riyaziyyatdan "dörd" qiyməti alıb və iki il ərzində öz nəticələrini yaxsılaşdırıblar. Belə şagirdlərin 5,1 faiz Ana dilindən, 6,4 faizi isə riyaziyyatdan "beş" qiyməti alıb.İki il əvvəl buraxılış imtahanında "dörd" qiyməti alan məzunlardan 47 faizi Ana dilindən, 53 faizi riyaziyyatdan bu il 11-cı sinif üzrə həmin nəticələrini təsdiqləyiblər. Bu şagirdlərin 33,2 faizi riyaziyyatdan, 34 faizi isə Ana dilindən "beş" qiyməti alıb. İki il bundan əvvəl buraxılış imtahanlarında "dörd" qiyməti alan şagirdlərin 1 faizi bu il hər iki fəndən "iki" qiyməti alıb. Məzunların 11 faizi riyaziyyatdan, 18 faizi Ana dilindən iki il əvvəl aldığı dörd qiymətini bu il "üç"ə düşürüb. İki il əvvəl imtahanda "4" alanların arasında nəticələrini yaxşılaşdıranların göstəricisi 30 faizdən çox olub.2012-ci ildə buraxılış imtahanında "5" alanların 80 faizi bu il 11-ci sinifdə öz nəticələrini təsdiqləyiblər, yalnız 1 faiz nəticəsini pisləşdirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Cəmiyyət 10:54
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol