• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Ermənistana silah satışına görə İordaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı

Ermənistana silah satışına görə İordaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı
27.07.2020 16:07
Bu gün İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Anews.az xəbər verir ki, bu barədə "Report"a XİN-in Mətbuat xidməti idarəsidən məlumat verilib. 

Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.

Görüşdə nazir müavini Araz Əzimov İordaniya səfiri ilə, o cümlədən bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.

Nazir müavini Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.

İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağdakı son vəziyyət İspaniyada müzakirəyə çıxarılacaq
Cəmiyyət 17:26
Qarabağdakı son vəziyyət İspaniyada müzakirəyə çıxarılacaq
Dünya İqtisadi Forumu bu gündən başlayır
Cəmiyyət 11:20
Dünya İqtisadi Forumu bu gündən başlayır
Cəmiyyət 17:41
"Bayraktar" qardaşları - Əsas pul deyil, Ukraynaya dəstəyik - MÜSAHİBƏ - VİDEO
Azərbaycanda Ukraynaya dəstək olan biznes ledi kimdir? -VİDEOREPORTAJ
Cəmiyyət 22:07
Azərbaycanda Ukraynaya dəstək olan biznes ledi kimdir? -VİDEOREPORTAJ
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovadan bəyanat -
Cəmiyyət 14:54
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovadan bəyanat - "Bakıdayam"
Azərbaycan hərbçiləri beynəlxalq təlimdə iştirak edəcək
Cəmiyyət 12:26
Azərbaycan hərbçiləri beynəlxalq təlimdə iştirak edəcək
Ermənistanın vəhşilikləri Argentina telekanalında gündəmə gətirilib - VİDEO
Cəmiyyət 13:27
Ermənistanın vəhşilikləri Argentina telekanalında gündəmə gətirilib - VİDEO
Gürcüstan parlamentində bu 2 azərbaycanlı deputatı fəallıq göstərib
Cəmiyyət 15:16
Gürcüstan parlamentində bu 2 azərbaycanlı deputatı fəallıq göstərib
Ermənistana silah satışına görə İordaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı
Cəmiyyət 16:07
Ermənistana silah satışına görə İordaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol