• $
  • £

“Məktəblərin nə vaxt açılması müzakirə olunub”

“Məktəblərin nə vaxt açılması müzakirə olunub”
01.08.2020 15:45
TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi brifinqdə növbəti dönəmdə çimərliklərin, məktəblərin və Bakıdan rayonlara gediş-gəlişin açılması məsələsinə toxunulub. 

Anews.az-ın verdiyi xəbərə görə, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, məktəblərin açılması Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiyası ilə müzakirə olunub: "Biz bundan öncə bu yolu keçmiş bəzi ölkələrin təcrübəsini müzakirə etmişik. Məktəblərin və uşaq bağçalarının nə vaxt açılması müzakirə olunub. Vətəndaşlarımız üçün, ölkəmiz üçün ən doğru qərar hansıdırsa, o qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".

Hande Harmancı bildirib ki, rayonlara gediş-gəlişin, məktəblərin, çimərliklərin açılması barədə qərarlar sübutlara söykənir: "Məsələn, bir qrup insan Bakıdan virusun olmadığı rayona gedib və orada infeksiyasının yayılmasına səbəb olub. Bunun kimi hadisələr nümunə kimi rayonlara gedişin yoluxmaları artıracağı kimi qəbul olunur. Hər belə hadisə Operativ Qərargahın qəbul edəcəyi qərarlara təsir edir. Bütün qərarlar bu hadisələrə, rəqəmlərə, statistikaya əsaslanır. Bütün qərarlar yoluxmanın azalması, koronavirusdan ölənlərin sayının azalması üçün verilir.
 
Bu isti günlərdə hər kəs kimi bu qərarları verən insanlar da çölə çıxıb gözəl havadan faydalanmaq istəyirlər.  

Mən vətəndaşlara müraciət edirəm ki, hökumətə, rəsmi mənbələrə inanın, qaydalara əməl edin ki, qış aylarında daha az yoluxma ilə qarşılaşaq".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Cəmiyyət 14:39
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Sabah külək əsəcək, yağış yağacaq
Cəmiyyət 13:16
Sabah külək əsəcək, yağış yağacaq
Tovuzda ana körpəsini yaşlı qadının evində qoyub gedib
Cəmiyyət 12:47
Tovuzda ana körpəsini yaşlı qadının evində qoyub gedib
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
Cəmiyyət 11:15
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 10:43
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 10:09
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Video
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:57
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol