• $ 1.7
  • € 2.0132
  • ₽ 0.022246
  • ₺ 0.0389
  • £ 2.3042

Bu il Məhərrəmlik mərasimləri necə keçiriləcək?

Bu il Məhərrəmlik mərasimləri necə keçiriləcək?
10.08.2020 15:11
Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır.

Anews.az bildirir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.

Hər il Aşura günü müsəlmanlar məscidlərə gedərək bəzi dini ayinləri yerinə yetirir və qanvermə aksiyalarında iştirak edir.

Lakin bu il bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir və bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə fəaliyyət göstərən məscidlər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Maraqlıdır, belə bir durumda bu il üçün Məhərrəmlik mərasimləri keçiriləcəkmi?

Bu gündən etibarən sərt karantin rejimi ilə bağlı bəzi yumşalmalar edilsə də, məscidlərin açılması gündəm mövzusu olmadı. Hətta Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qərargahın brifinqində çıxışı zamanı  məscidlərin açılması məsələsinin hələlik müzakirə olunmadığını deyib: "Bu il xüsusi ildir. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə "Report”a açıqlamasında bildirib ki, Məhərrəmlik mərasimlərinin hansısa formada keçirilib-kiçirilməməsi məsələsi hələ müzakirə olunur:

"Müzakirələrin yekununda videokonfrans formatında görüş keçiriləcək və qərar qəbul edilərək ictimaiyyətə açıqlanacaq”.
Xatırladılıb ki, bu il COVID-19-a görə məscidlər açıq olmadığından iyulun 31-də Qurban bayramı namazı məscidlərdə qılınmadı.

Məlumat üçün bildirilir ki, sentyabrın 19-da başlayacaq Səfər ayı oktyabrın 19-da başa çatacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:28
Sabah bu ərazilərdə qaz olmayacaq
Beyləqanda kolluq sahədə başlayan yanğın meşə zolağına keçdi
Cəmiyyət 22:13
Beyləqanda kolluq sahədə başlayan yanğın meşə zolağına keçdi
Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb
Cəmiyyət 21:22
Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı
Yardımlıda güclü külək məktəb binasının damını uçurub - Video
Cəmiyyət 19:59
Yardımlıda güclü külək məktəb binasının damını uçurub - Video
Qonşunun evindən 11 500 manat oğurlayan şəxs saxlanılıb - Video
Cəmiyyət 18:52
Qonşunun evindən 11 500 manat oğurlayan şəxs saxlanılıb - Video
Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
Cəmiyyət 18:42
Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:16
Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib

Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 17:25
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol