• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Sentyabrın 1-dən icazə veriləcək- MTRŞ qərar verdi

Sentyabrın 1-dən icazə veriləcək- MTRŞ qərar verdi
13.08.2020 11:34
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunacaq.

Anews.az xəbər verir ki, bu məsələ Milli Televiziya və Radio Şurasının iclasında müzakirə olunub.

Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə sentyabrın 1-dən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək.

Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ilk Etno-Art
Cəmiyyət 12:16
Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO
Şuşadakı festival başa çatdı
Cəmiyyət 15:58
Şuşadakı festival başa çatdı
Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMAN
Cəmiyyət 16:21
Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMAN
Sentyabrın 1-dən icazə veriləcək- MTRŞ qərar verdi
Cəmiyyət 11:34
Sentyabrın 1-dən icazə veriləcək- MTRŞ qərar verdi
Xalq artistinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi - FOTO
Cəmiyyət 04:29
Xalq artistinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol