• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Ağ Ev Azərbaycana iki milyon dollar vəsait ayırıb

Ağ Ev Azərbaycana iki milyon dollar vəsait ayırıb
19.08.2020 16:53
Ağ Ev "Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana iki milyon dollar vəsait ayırıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Trend”-ə verilən məlumata görə, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ-ın Dövlət Departamentinin Katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, Prezident D.Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən "Qadınların Qlobal İnkişafı və Rifahı Naminə”( W-GDP) fond yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon dollar vəsait ayırıb.

W-GDP fondundan ayrılmış 2 milyon ABŞ dolları dəyərində vəsait, Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan və qadınlara yönələn biznes və peşəkar assosiasiyaların imkanlarının artırılmasına yardım edəcək.

Sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə, habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxış əldə etməyə yardım edəcək .

W-GDP fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır.
Qadınlar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinlikləri aradan qaldırmaq imkanı qazanacaq.
 
"W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələşdirilməsi və inkişafı üçün yaradılıb. Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək, fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik”, deyə prezidentin məsləhətçisi İvanka Tramp bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol