• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

234 saylı məktəbin müdiri uşaqları qanunsuz məktəbdən xaric edir - İDDİA

234 saylı məktəbin müdiri uşaqları qanunsuz məktəbdən xaric edir - İDDİA
11.09.2020 17:32
Məktəb direktoru Könül Məmmədli uşaqlardan 1000 manat alaraq sinifə uşaq qəbul edir.
 
Bu sözləri anews.az-a Əlizadə Kamal Rauf oğlunun  valideyni şikayəti zamanı bildirib. Valideyn iddia edir ki, məktəb direktoru pul müqabilində şagirdləri məktəbə qəbul edir. Buna görə də onun uşağını növbəti 10-cu sinifə qəbul etmir.
 
Ananın sözlərinə görə uşağı 9 ildir 234 saylı məktəbin şagirdidir. 9-cu sinif buraxılış imtahanını verib və lazım olan  keçid balını yığıb. Qanunla şagird növbəti 10-ci sinifə keçmək üçün tam şərtləri ödüyür. Amma buna baxmayaraq valideynə sentybar ayında məktəb rəhbərliyi tərəfindən bildirilib ki, sizin övladınız daha bu məktəbdə oxuya bilməz və özünüzə başqa məktəb axtarın.
 
Valideyn narahat olaraq bildirir ki, məktəblərin başlanmasına çox az qaldığı bir vaxtda uşağını heç yerdə yerləşdirə bilmiyəcək. Ən vacibi isə uşağını heç bir səbəb göstərmədən məktəbdən uzaqlaşdırılmasını qəbul etmədiyini deyir.

Şikayətçi valideyn onu da iddia edir ki, məktəb direktoru Könül Məmmədli artıq bəhanələr ilə bir neçə uşağı səbəbsiz məktəbdən uzaqlaşdırıb. Yalnız pul müqavilində siniflərə uşaq qəbulu həyata keçirir.
 
Son olaraq şikayətçi valideyn bununla bağlı Bakı Təhsil İdarəsinə ərizə yazaraq məktəb rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmaraq övladının məktəbdən xaric edilməsi ilə bağlı şikayətçi olduğunu bildirib.
 
Məsələ ilə bağlı 234 saylı məktəbin direktoru Könül Məmmədli ilə əlaqə saxladıq. Direktoru şagird Əlizadə Kamal Rauf oğluna aid şikayətdən xəbərdar olduğunu bildirdi. Lakin bununla bağlı heç bir açıqlama vermək istəmədiyini bildirdi.

Könül Məmmədli əlavə etdi ki, nə sualınız varsa zəhmət olmasa Bakı Təhsil İdarəsinə zəng edərək istədiyiniz suallara cavab alın. Mən danışmaq istəmirəm.
 
Bakı Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, bu məsələ araşdırılıb nəticəsi ilə bağlı açıqlama veriləcək.
 
 
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol