• $
  • £

Güclü külək Zaqatalada 7 kəndə ciddi ziyan vurub

Güclü külək Zaqatalada 7 kəndə ciddi ziyan vurub
16.09.2020 16:45
Zaqatala rayonunda aramsız yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qeyri-sabit hava şəraiti bir neçə saat davam edib, nəticədə 7 kənddə evlərə və təsərrüfatlara ciddi ziyan dəyib.

Təbii fəlakət ən çox Muğanlı, Faldar, Qandax, Mosul, Yengiyan və Kəpənəkçi kəndlərinə ziyan vurub. Adıçəkilən kəndlərin yerləşdiyi ərazidə güclü küləklə müşahidə edilən leysan yağış yağıb, bəzi ərazilərə isə dolu düşüb. Güclü külək nəticəsində bir çox ərazilərdə iri gövdəli ağaclar yıxılıb, elektrik naqilləri, telefon xətləri qırılıb. Muğanlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçub və şüşələri qırılıb. Eyni zamanda kəndlərdə bir sıra evlərin və tövlələrin dam örtüyü dağılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Artıq müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirib, təbii fəlakətin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda daha bir ərazidə sürüşmə olub
Cəmiyyət 15:07
Bakıda daha bir ərazidə sürüşmə olub
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol