• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Bakıda növbəti polis reydi keçirilib- FOTOLAR

Bakıda növbəti polis reydi keçirilib- FOTOLAR
29.09.2020 17:36
Paytaxtda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən anews.az-a verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək virusa yeni yoluxma hallarına yol verməmək, bu virusla mübarizədə dövlətimiz tərəfindən əldə edilən müsbət dinamikanın qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət diqqət mərkəzində saxlanılır. 

İctimai iaşə obyektlərində, mağazalarda, ictimai nəqliyyatda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi bağlı profilaktik maarifləndirici söhbətlər aparırlar, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir. Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.

COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Cəmiyyət 13:32
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Cəmiyyət 12:17
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Cəmiyyət 12:00
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Cəmiyyət 11:38
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 11:10
Rayonlara qar yağıb - Faktiki hava
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Cəmiyyət 10:23
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:30
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol