• $
  • £

İnternet üzərindən işə düzəlmək istəyənlərin diqqətinə!

İnternet üzərindən işə düzəlmək istəyənlərin diqqətinə!
23.01.2021 13:00
"Sosial şəbəkələrdə, xüsusən "İnstagram” platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur”,  bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkə istifadəçilərinə xəbərdarlığında qeyd olunur.

Bildirilib ki, aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir:

"Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər "xidmət” göstərirlər.  Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət”lərindən, çox təssüf ki, istifadə edənlər də var”.

Vurğulanır ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur:
"Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu "polisazerbaycan” adlı səhifələrinə yazaraq, dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 16:28
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Cəmiyyət 15:45
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 13:55
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Cəmiyyət 12:19
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Cəmiyyət 11:57
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - Video - Yenilənib
Cəmiyyət 11:10
Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - Video - Yenilənib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Cəmiyyət 10:30
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Masazırda avtomobildə yanğın baş verib - Video
Cəmiyyət 10:10
Masazırda avtomobildə yanğın baş verib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol