• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Laçının hansı kəndləri rusların nəzarətindədir?

Laçının hansı kəndləri rusların nəzarətindədir?
15.04.2021 11:55
2020-ci il dekabrın 1-də işğaldan qurtulan Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Laçın dəhlizi adı almış yolun hansı kəndləri əhatə etdiyi rəsmən açıqlanmır.

Novator.az-ın əldə etdiyi bilgilərə görə, dəhlizdə Laçının altı kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Yəni Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu altı kəndə nəzarət edirlər.

Qarabağdan Ermənistana gedən yolun yaxınlığındakı Ərəb, Turşsu, Unannovu, Bəylik, Qızılca kəndləri 5 kilometrlik zolağa düşmür, amma həmin beş kəndə gediş-gəliş dəhlizlə kəsişir, yəni o kəndlərə gedib-gəlmək üçün dəhlizdən keçmək lazım olur.

Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.

Laçın şəhəri 1992-ci ilin mayında, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə təcavüz dalğasında işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib. Həmin ilin yay-payız aylarında rayonun Kəlbəcərə yaxın hissəsi azad edilib.

1993-cü ilin yazında Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən zəbt olunub. Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri işğal edilib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıb, hərbi əməliyyatlar dayandırılıb.

Bunun ardınca Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Cəmiyyət 05:10
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Cəmiyyət 04:20
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
Cəmiyyət 04:09
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Cəmiyyət 23:24
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Cəmiyyət 23:05
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
Cəmiyyət 22:09
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Cəmiyyət 21:11
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Cəmiyyət 21:03
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 19:56
Bu ərazidə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol