• $ 1.7
  • € 1.9816
  • ₽ 0.021521
  • ₺ 0.0394
  • £ 2.282

Tərtər polisi əməliyyat keçirib, saxlanılanlar var

Tərtər polisi əməliyyat keçirib, saxlanılanlar var
18.05.2021 14:18
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Anews.az-a verilən məlumata görə, ötən ilin dekabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən məişət əşyalarının oğurlanması barədə Tərtər RPŞ-yə məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Səxavət Axundlunun yeri müəyyən edilərək saxlanılıb.

Bundan başqa, daxil olan məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər də saxlanılıb. Həmin şəxslərin Bərdə rayon sakini Şəhriyar Babayev və Ağdam rayon sakini Elvin Sadıqov olduğu müəyyən edilib. Onların üzərində aparılan şəxsi axtarış zamanı Ş.Babayevdən şəxsi istehlak miqdarından artıq metamfetamin və heroin, E.Sadıqovdan da heroin aşkar edilərək götürülüb.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində axtarışda olan şəxsin də yeri müəyyən edilib. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə axtarışda olan Bərdə rayon sakini Bəybala Kamranbəyli saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb
Cəmiyyət 22:58
Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb
Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 4 dəfədən çox artırılıb
Cəmiyyət 21:53
Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 4 dəfədən çox artırılıb
Bu ərazilərə qar yağır- Faktiki hava
Cəmiyyət 20:51
Bu ərazilərə qar yağır- Faktiki hava
Qobustanda qaz olmayacaq
Cəmiyyət 19:55
Qobustanda qaz olmayacaq
Bu yolda sürət həddi endirilib
Cəmiyyət 19:33
Bu yolda sürət həddi endirilib
Əliyev Ağdərənin Baş planı ilə tanış oldu
Cəmiyyət 18:40
Əliyev Ağdərənin Baş planı ilə tanış oldu
В Гусаре автомобиль сбил двух школьниц
Cəmiyyət 18:20
В Гусаре автомобиль сбил двух школьниц
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 17:55
Sabah bu ərazilərdə qaz olmayacaq

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Cəmiyyət 17:51
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol