• $
  • £

Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı

Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı
19.06.2021 22:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən istehsal olunan və "Ladess Group” MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Cəmiyyət 16:02
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
Cəmiyyət 15:53
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Cəmiyyət 15:39
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Azərbaycanda qadınların təmsilçiliyi 20%-ə yüksəlib – Dövlət Komitəsi
Cəmiyyət 15:31
Azərbaycanda qadınların təmsilçiliyi 20%-ə yüksəlib – Dövlət Komitəsi

Özünü bank işçisi kimi təqdim edən şəxs saxlanılıb
Cəmiyyət 15:14
Özünü bank işçisi kimi təqdim edən şəxs saxlanılıb

Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb
Cəmiyyət 14:39
Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb

Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
Cəmiyyət 13:58
Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol