12 yaşlı uşağı xilas edən azərbaycanlı həkim Türkiyədə gündəm oldu - VİDEO
![12 yaşlı uşağı xilas edən azərbaycanlı həkim Türkiyədə gündəm oldu - VİDEO 12 yaşlı uşağı xilas edən azərbaycanlı həkim Türkiyədə gündəm oldu - VİDEO](https://anews.az/photo/850x500/2021-06/1624774521_1624771957_aalrnjx.jpg)
Türkiyədə 12 yaşlı Həmzə dağı xilas edən azərbaycanlı həkim Sərxan Həsənov gündəmə çevrilib.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı həmyerlimizin xəstəyə xərəkdə müdaxilə edərək həyatını xilas etməsini yüksək qiymətləndirib.
"Həmzə bağlarında oynayarkən yıxılıb və ürəyinə dəmir girib. Ağır vəziyyətdə xəstəxanamıza gətirildi. Biz xəstəni görəndə artıq ürəyi dayanmışdı. Vaxt itirmədən ürək masajı etdim. Onsuzda veriləcək qərar bəlli idi, önəmli olan o qərarı verib tətbiq etmək idi.
Xəstənin çox vaxtı yox idi, ona görə də görüntülərdə göründüyü kimi xərəyin üzərinə çıxıb masaj etdim və xəstəni təcili əməliyyata apardıq. Çox şükür müdaxilə edə bildik, problem yaşanmadı”, - deyə həkim Sərxan Həsənov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər