• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Əlilliyimi qanunsuz olaraq sildilər - Müharibə əlilindən ETİRAZ - VİDEO

Əlilliyimi qanunsuz olaraq sildilər - Müharibə əlilindən ETİRAZ  - VİDEO
24.08.2021 14:33
Müharibə əlili Rövşən Novruzov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçirib.
 
Hər iki Qarabağ müharibəsinin iştirakçısı olan Novruzov  əlilliyinin bərpa olunmasını tələb edib.
 
O, bunu  anews.az-a açıqlamasında bildirib. 

"1996-2014-ci illərdə  zabit kimi xidmət göstərmişəm. Vətən müharibəsi zamanı xidməti vəzifəmi yerinə yetirəndə xəsarət aldığım üçün 2014-cü ildən hərbi əlillik təyin olunub. Bu il iyunun 25-də əyani komissiyadan keçdim. Əlilliyimin səbəb əlaqəsi dəyişdirildi. İyunun 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məndən forma 88 tələb elədi. Nazirliyin əməkdaşlar Sabir Qocayev və Gülnarə Hacıyevanın qəbulunda oldum. Bildirdilər ki, əlilliyim 5 il müddətinə yenidən təyin olunacaq. Avqustun 5-i isə əlilliyimi sistemdən qanunsuz olaraq sildilər. Avqustun 5-dən bu günə kimi dəfələrlə müraciət etsəm də, vəzifəli şəxslər məni qəbul etmir. Əlilliyimin bərpa olunmasını tələb edirəm", deyə Qarabağ qazisi söyləyib.





Məsələ ilə bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərdik. 

Sorğumuza cavab olaraq,  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin şöbə müdiri Tural Qurbanov bildirdi ki,  hərbi səbəblərlə əlaqədar əlillik  Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin olunur. Sosial Müdafiə Nazirliyi ancaq bu qərarı sistemə salaraq əlilliyi təyin edir. Rövşən Novüuzovun misalında isə əlillik silinməyib, sadəcə dəyişdirilib. 

"Laçın rayon sakini Novruzov Rövşən Rafail oğluna tibb müəssisəsinin göndərişi ilə 2015-ci ilin oktyabrında II dərəcəli əlillik təyin edilərkən Mərkəzi Hərbi Həkim Komissiyasının 13 avqust 2015-ci il tarixli qərarındakı müvafiq məlumata istinadən ona  "hərbi xidmət vəzifələrini  yerinə yetirməklə əlaqədar” səbəbi ilə 5 illik müddətə II dərəcə əlillik təyin edilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar bu ilin iyun ayında onun əyani müayinə əsasında əlilliyinin təkrar qiymətləndirilməsi aparılıb. Mərkəzi Hərbi Həkim Komissiyasının Rafail Novruzov barədə təqdim etdiyi 23 iyun 2021-ci il tarixli qərarındakı diaqnozda onun hərbi travma almasının səbəbi kimi "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edildiyi əsas götürülərək, onun II dərəcə əlilliyinin səbəbi dəyişdirilib, yəni ona bu dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcə əlillik təyin olunub”, deyə Tural Qurbanov anews.az-a  ünvanladığı yazılı açıqlamada bildirib. 

 
Məsələ ilə bağlı araşdırmanı davam etdirəcəyik. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bakıda su borusu partlayıb - VİDEO
Cəmiyyət 14:37
Bakıda su borusu partlayıb - VİDEO
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Cəmiyyət 22:42
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Əlilliyimi qanunsuz olaraq sildilər - Müharibə əlilindən ETİRAZ  - VİDEO
Cəmiyyət 14:33
Əlilliyimi qanunsuz olaraq sildilər - Müharibə əlilindən ETİRAZ - VİDEO
Fem-Utopia platformasında qadın hüquqlarına həsr olunan konsert keçirilir - VİDEO/FOTOLAR
Cəmiyyət 20:48
Fem-Utopia platformasında qadın hüquqlarına həsr olunan konsert keçirilir - VİDEO/FOTOLAR
Gədəbəy rayon rəhbərliyi jurnalistin profilinə hücum kampaniyası təşkil edir - VİDEO+FOTOFAKT
Cəmiyyət 09:00
Gədəbəy rayon rəhbərliyi jurnalistin profilinə hücum kampaniyası təşkil edir - VİDEO+FOTOFAKT
Özünü
Cəmiyyət 11:24
Özünü "Paşa Sığorta"nın işçisi kimi təqdim edib dələduzluq edir, DİN reaksiya vermir – VİDEO + FOTO
Elmar Vəliyevin Hacıkənddə baxımsız qalan otelindən görüntülər - FOTO/VİDEO
Cəmiyyət 12:47
Elmar Vəliyevin Hacıkənddə baxımsız qalan otelindən görüntülər - FOTO/VİDEO
Tovuzda polis xidməti maşınında qəza törədib - VIDEO
Cəmiyyət 19:40
Tovuzda polis xidməti maşınında qəza törədib - VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol