• $
  • £

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşdü

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşdü
24.09.2021 19:12
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.

XİN-dən  Anews.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparıb, münasibətlərin xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu qarşılıqlı olaraq ifadə ediblər.

Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi və saxtalaşdırılması faktları barədə ətraflı məlumat verib.

Azad edilmiş ərazilərin onilliklər ərzində Ermənistan tərəfindən məqsədli şəkildə, insan həyatına başlıca təhdid olan mina və digər partlayıcılarla çirkləndirilməsinin doğurduğu humanitar fəsadlar qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı beynəlxalq humanitar hüquq öhdəliyini yerinə yetirməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin C.Bayramov Azərbaycanın münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verib. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətində olan bütün tərəflərlə əməkdaşlığa hazır olduğu vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq gündəlikdə olan cari məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Ötən gün Azərbaycanda axtarışda olan 30 nəfər saxlanılıb
Cəmiyyət 14:56
Ötən gün Azərbaycanda axtarışda olan 30 nəfər saxlanılıb

Bəzi ərazilərə yağış yağıb- Faktiki hava
Cəmiyyət 14:26
Bəzi ərazilərə yağış yağıb- Faktiki hava

Lənkəranda maşın aşdı- Xəsarət alanlar var
Cəmiyyət 14:14
Lənkəranda maşın aşdı- Xəsarət alanlar var

Sabah Bakıda yağış yağacaq
Cəmiyyət 13:25
Sabah Bakıda yağış yağacaq
Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndərilib
Cəmiyyət 13:00
Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndərilib
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
Cəmiyyət 12:44
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

FHN bayramda nizamsız parklanma ilə bağlı müraciət edib
Cəmiyyət 12:33
FHN bayramda nizamsız parklanma ilə bağlı müraciət edib

Zaqatalada yol qəzası olub, xəsarət alan var
Cəmiyyət 12:13
Zaqatalada yol qəzası olub, xəsarət alan var

Dünən axtarışda olan 30 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Dünən axtarışda olan 30 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol