Kamran Ağayev Məşğulluq Agentliyindən şikayətçidir - “5 aydır kirayə pulu vermirlər”

Azərbaycan millisinin sabiq üzvü, tanınmış qapıçı Kamran Ağayev Dövlət Məşğulluq Agentliyinin Şabran rayon Məşğulluq Xidmətindən şikayətçidir.
"Qafqazinfo”ya müraciət edən futbolçu bildirib ki, öz obyektini həmin filiala icarəyə versə də, 5 aydır kirayə pulunu ala bilmir. K.Ağayev sözügedən dövlət qurumu ilə müqavilə bağladığını və onun əsasında icarə haqqı tələb etdiyini bildirib:
K. Ağayev bildirib ki, xidmət müqavilədə səhvlər olduğunu əsas gətirərək ödənişdən yayınır: "Mənə deyirlər ki, sən o müqaviləyə görə bizdən icarə haqqı ala bilməzsən. Necə ola bilər ki, hansısa rəsmi dövlət orqanında imzalanan sözləşmə yanlış olsun?”
www.anews.az