• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Amerikalılara "20 Yanvar" barədə film nümayiş etdirildi - FOTOLAR

Amerikalılara
22.01.2022 10:41
Baku Group-un təşkilatçılığı ilə Vaşinqtonda  "20 Yanvar" faciəsinin 32-ci il dönümü ilə əlaqədar ehsan verilib və faciəyə həsr edilmiş "Silahdaşlar" filminin nümayişi keçirilib,- bu barədə təşkilatın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Anews.az-a bildiriblər. 

Ehsan mərasimi "20 Yanvar" günü Vaşinqtonda fəaliyyət göstərən  "Baku Delicious" şirniyyat mağazasında baş tutub. 6 saat sürən mərasim  zamanı qonaqlara çay və halva verilib. Daha sonra qonaqlar film nümayişinə dəvət olunublar. 
 


Filmin nümayişi Kino Sənəti Kinoteatrında baş tutub. Təqdim olunan filmin quruluşçu rejissoru Nizami Abbas, ssenari müəllifi isə xalq artisti Ramiz Fətəliyevdir. Ekran əsəri 1990-cı il 20 yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir.  Filmdə 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğu bildirilir.
 

"Baku Group adından filmin nümayişində böyük dəstəyi olan kinorejissor Şamil Nəcəfzadəyə dərin təşəkkürümüzü  bildiririk. 20 Yanvar faciəsinin unudulmaması və şəhidlərin anılması ilə bağlı tədbirləri hər il keçirmək niyyətindəyik", - deyə təşkilatdan əlavə edilib.
 
Anım mərasimində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim və başqa səfirlik əməkdaşları iştirak edib. Azərbaycan diasporası üzvlərindən başqa filmin nümayişinə başqa millətdən olan  amerikalılar da maraq göstəriblər. 
 

 
Bakı Group-un rəhbəri Gündüz Tahirli nümayiş öncəsi çıxışında diaspora üzvlərini birliyə çağırıb.  
 
"20 Yanvar"ın xalqımıza verdiyi dərs nədir? "20 yanvar" və "7 noyabr"ı birləşdirən nədir? Nədir bu qəhrəmanlıq tarixi, kimdir bu qəhrəmanlar? Bəlkə də onlar burada oturub, biz onları hər gün görürük. Amma dəyərini bilmirik. Biz insanların dəyərini onlar özünü qurban verənə qədər bilmirik. Mən ondan savadlıyam, dünyagörüşüm çoxdur, deyə  düşünürük. Bəlkə  2020-ci il noyabrın 7-də  Şuşanı əliyalın, qayaları cırmaqlaya-cırmaqlaya alan oğlanlara da adi həyatımızda dəyər verməmişik. "20 Yanvar" və "7 noyabr"da biz bir-birimizə necə münasibət bəsləyirik? Bir-birimizi bağrımıza basırıq, qucaqlayırıq.  Biz adi günlərimizdə də eyni cür yaşamalıyıq, bir-birimizə hörmət etməliyik. Belə olsaq həyatımızda "20 yanvar"ların olması şansı da azalacaq", - deyə o bildirib. 

 
Ləman Qasımova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amerikalılara
Cəmiyyət 10:41
Amerikalılara "20 Yanvar" barədə film nümayiş etdirildi - FOTOLAR
Azərbaycanlılar ABŞ-ın üç şəhərində aksiya keçirib - FOTO
Cəmiyyət 13:22
Azərbaycanlılar ABŞ-ın üç şəhərində aksiya keçirib - FOTO
Insanları qorxudan “buzlu şüşə” nədir?
Cəmiyyət 09:05
Insanları qorxudan “buzlu şüşə” nədir?
Amerikalılar şokda: Nyu-Yorkun adı dəyişdirildi – Foto
Cəmiyyət 09:07
Amerikalılar şokda: Nyu-Yorkun adı dəyişdirildi – Foto
Gözəlliyi ilə matçı kölgədə qoydu - FOTOLAR
Cəmiyyət 20:38
Gözəlliyi ilə matçı kölgədə qoydu - FOTOLAR
Anası əzabla öldürülən qadın şaqqalandı – Fotolar
Cəmiyyət 23:35
Anası əzabla öldürülən qadın şaqqalandı – Fotolar
Polis evə girəndə şok oldu: Kişi arvadını və 3 uşağını… – Video
Cəmiyyət 23:09
Polis evə girəndə şok oldu: Kişi arvadını və 3 uşağını… – Video
22 nəfərin ölümünə səbəb olan qəzanın baş vermə anı - VİDEO+FOTOLAR
Cəmiyyət 19:40
22 nəfərin ölümünə səbəb olan qəzanın baş vermə anı - VİDEO+FOTOLAR
İtinə olan sevgisi onu iki ayağından etdi - FOTOLAR
Cəmiyyət 12:02
İtinə olan sevgisi onu iki ayağından etdi - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol