Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
![Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR](https://anews.az/photo/850x500/2022-02/1643725961_1-1.jpg)
Bu gün Yasamal rayon İcra Hakimiyyətində 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar iclas
keçirilib. İclası açıq elan edən Yasamal
rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov Azərbaycan gəncliyinin
müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatındakı rolundan söz açdı.
İclasda giriş nitqi ilə çıxış edən Yasamal rayon
İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əsası Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan
gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd etdi. Bildirildi ki, əsası
Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün
ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, yeni nəsil yetişmişdir.
Dövlət gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam
etdirir.
Bildirildi
ki, cənab Prezident 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramının
(2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram
çərçivəsində görülən işlər gənclərin potensialından istifadə olunmasına, dövlət
idarəçiliyində iştirakına gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə
olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də
göstərdi.
![](https://anews.az/file/articles/2022-02/1643725987_4-1.jpg)
Bildirildi ki, Azərbaycan gəncləri üçün
ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən
müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda
vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə
yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız
otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu! Onların bir çoxu məhz
cənab Prezidentin son 18 ildəki
hakimiyyəti illərində böyümüş və təlim-tərbiyyə almışlar.
![](https://anews.az/file/articles/2022-02/1643725935_5.jpg)
Yasamal
rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, bu gün ölkəmizdə
köklü islahatlar aparılır- sosial islahatlar, iqtisadi islahatlar, kadr
islahatları. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan
bu islahatların bir məqsədi var - insanların həyatını daha da yaxşılaşdırmaq.
Bu islahatlar nəticəsində artıq böyük nailiyyətlər əldə olunub. İdarəetmə sahəsinə
çoxlu sayda gənclər cəlb olunub və bu kadr siyasəti davam edir.Azərbaycan
Prezidenti cənab İlham Əliyev gənclərə etimad edir və onları irəliyə çəkir.
![](https://anews.az/file/articles/2022-02/1643725928_6-1.jpg)
Tədbirdə
çıxış edən digər natiqlər gənclərin inkişaf və karyera perspektivlərindən söz
açdılar.Daha sonra gənclər onları maraqlandıran məsələlərlə bağlı Yasamal rayon
İcra Hakimiyyətinin başçısı Elşad Həsənova müxtəlif suallar verdilər. Rayon
İcra Hakimiyyətinin başçısı gənclərin müxtəlif səpkili suallarına ətraflı
cavablar verdi.
Tədbirin
sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə
bir qrup gənc xüsusi diplomlarla təltif edildi.
![](https://anews.az/file/articles/2022-02/1643725974_2-2.jpg)
www.anews.az
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)