Yeni icra başçıları kimlərdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir və Bakının Nizami və Nərimanov rayonlarına yeni icra başçıları təyin edilib.
Yeni icra başçılarının dosyesini təqdim edirik:
Yeni icra başçılarının dosyesini təqdim edirik:
Prezident İlham Əliyev Elgin Şirin oğlu Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə bağlı sərəncam imzalayıb.
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Həbibullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun köməkçisi olub.
1977-ci il təvəllüdlü Elgin Həbibullayev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.
Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib. 2018-ci ildə isə Eldar Əzizovun əmri ilə Elgin Həbibullayev Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilib.
Elgin Həbibullayev eyni zamanda "Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elmir Həbibullayevin qardaşıdır.
Ailəlidir, iki övladı var. O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.

Prezidentin digər sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan Oqtay oğlu İbrahimov 2020-ci ilin aprelində Şamaxının icra başçısı Tahir Məmmədovun qərarı ilə icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.
Elxan İbrahimov əslən şamaxılı olması, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.

Dövlət başçısının sərəncamı ilə Nizami rayonuna icra başçısı təyin edilmiş Coşqun Adil oğlu Cəbrayılov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının köməkçisi vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrında BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 