• $
  • €
  • ₽
  • ₺
  • £

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıblar!

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıblar!
01.03.2022 13:08
Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər daha 4 medala sahib olublar
Məktəblilərimiz beynəlxalq olimpiadalarda yeni uğurlara imza atmağa davam edirlər. Bu dəfə Azərbaycan məktəbliləri Qazaxıstanda təşkil olunan XVIII Beynəlxalq Jautikov Olimpiadasında biliklərini sınayaraq yüksək nəticələr əldə ediblər.
35 məktəbli ilə təmsil olunan komandamız mötəbər elm yarışında ümumilikdə 15 medal qazanıb. Bu medallardan 4-ü informatika fənni üzrə ölkəmizi təmsil edən məktəblilərin payına düşüb. Belə ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Səid Nəsibov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Balakən rayonu Qazbinə kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev isə bürünc medala sahib olublar.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq Azercell fəaliyyətə başladığı gündən, ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol