Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
İkinci Qarabağ müharibəsinin şəhidi Nəriman Əlizadə 1997-ci il aprelin 6-da Biləsuvarda doğulub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Nəriman Əlizadə Azərbaycanın perspektivli futbolçularından olub. "Rəvan", "Neftçi" , "Qarabağ”, "Tufan” klublarında oynayan futbolçu hərbi xidmətdən qayıtdıqdan sonar könüllü olaraq müharibəyə yollanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən, Nəriman Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Növbəti sərəncamlar ilə o, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Ləman Qasımova, Səkinəxanım Məmmədova
www.anews.az
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən, Nəriman Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Növbəti sərəncamlar ilə o, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Biləsuvarda şəhidin evindən reportajı təqdim edirik:
www.anews.az
Anews TV
Rəsmi Youtube kanalımız