• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMAN

Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMAN
20.04.2022 16:21
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.
 
Fərmanda məqsəd Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsidir.

Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ilk Etno-Art
Cəmiyyət 12:16
Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO
Şuşadakı festival başa çatdı
Cəmiyyət 15:58
Şuşadakı festival başa çatdı
Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMAN
Cəmiyyət 16:21
Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMAN
Sentyabrın 1-dən icazə veriləcək- MTRŞ qərar verdi
Cəmiyyət 11:34
Sentyabrın 1-dən icazə veriləcək- MTRŞ qərar verdi
Xalq artistinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi - FOTO
Cəmiyyət 04:29
Xalq artistinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol