• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Saxlanıldığı deyilən gömrük generalı kimdir? - Dosye

Saxlanıldığı deyilən gömrük generalı kimdir? - Dosye
15.07.2022 15:59
Gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Məsum Rəsulov Eynalı oğlunun hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanıldığı iddia edilib. Bu barədə bəzi yerli mətbuat orqanlarında və sosial şəbəkələrdə məlumat yayılıb. Anews.az general-mayor Məsum Rəsulovun dosyesini təqdim edir:

Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyunun 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1990-cı ildə orta məktəbi bitirib və 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 1996-cı ildə ordu sıralarından tərxis olunub.

1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə oranı hüquqşünas ixtisası üzrə bitirib.

26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.

9 sentyabr 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.

29 may 2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Ölkə başçısının 29 yanvar 2019-cu il tarixli sərəncamı ilə Rəsulov Məsum Eynalı oğluna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin general-mayoru ali xüsusi rütbəsi verilib.

Məsum Rəsulov son vaxtlar isə Gömrük Komitəsində Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyirdi.

Azərbaycan Prezidentinin 26 yanvar 2010-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Prezidentinin 29.01.2018-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir. Dörd övladı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol