Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar

Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, itlərin kütləvi zəhərlənməsi 28-28 iyulda baş verib. Belə ki, yayılan məlumatlarda o da qeyd olunub ki, zəhərlənən itlər arasında dövlət qeydiyyatında olanlar da var.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb.
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - o deyib.



www.anews.az
Son xəbərlər
Daha çox 