• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Elektrik enerjisinin istehsalı artıb - RƏSMİ

Elektrik enerjisinin istehsalı artıb - RƏSMİ
16.08.2022 09:44
2022-ci ilin yanvar-iyulunda Azərbaycan üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420,0 milyon kVt·st, yəni 2,6% artaraq 16 278,1 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,1 mln. kVt·st artaraq 14 893,0 mln. kVt·st, SES-lərdə 286,5 mln. kVt·st artaraq 1163,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt·st artaraq 221,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 54,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 37,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 129,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

7 ayda elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 14 653,6 mln. kVt·st (İES-lərdə 13 578,0 mln. kVt·st, SES-lərdə 1075,6 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 mln. kVt·st (İES-lərdə 156,5 mln. kVt·st, SES-lərdə 77,8 mln. kVt·st, GES-də 34,5 mln. kVt·st), "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1316,64 mln. kVt·st təşkil edib.

2022-ci ilin yanvar-iyulu üzrə elektrik enerjisinin ixracı 1037,7 mln. kVt·st, idxalı isə 83,5 mln. kVt·st olub.
 
2022-ci ilin iyulunda Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2751,3 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 mln.kVt·st, yaxud 4,2% artması deməkdir.

Cari ilin iyulunda elektrik enerjisinin idxalı 12,4 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 mln. kVt·st, ixrac isə 374,2 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 mln. kVt·st artıb.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol