• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Azercell-in əsas tərəfdaşlığı ilə “Qadın Dəstək Xətti” xidməti yaradılıb

Azercell-in əsas tərəfdaşlığı ilə “Qadın Dəstək Xətti” xidməti yaradılıb
23.08.2022 13:23
11611 nömrəsi indi həm də qadınlara dəstək verəcək

Azercell-in dəstəyi ilə yaradılan "Qadın Dəstək Xətti” xidməti ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım istiqamətində fəaliyyət göstərəcək. "Ümidli Gələcək” Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi və "Azercell Telekom” MMC-nin dəstəyi ilə "Qadın Dəstək Xətti” xidmətinin yaradılmasının əsas məqsədlərindən biri məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin təşviqi,  zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün müvafiq yardımın göstərilməsidir. 


Çətin həyat şəraitində olan zorakılıq qurbanları - qız və qadınlara "Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti tərəfindən günün istənilən saatında dəstək veriləcək. Müraciətçilərə hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumat veriləcək, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstək istiqamətində kömək ediləcək. Eləcə də xidmətə müraciət edən xanımlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndiriləcək. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq nəticəsində müraciətlərin həllinə nail olunacaq.


 "Qadın Dəstək Xətti” xidməti 2010-cu ildən Azercell-in əsas tərəfdaşlığı ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilə əməkdaşlıq çərçivəsində çalışacaq. "Azərbaycan Uşaq Qaynar Xətti” və "Qadın Dəstək Xətti”-nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.  







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Cəmiyyət 12:55
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Cəmiyyət 12:24
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Cəmiyyət 12:06
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Cəmiyyət 11:56
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
Cəmiyyət 11:09
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Cəmiyyət 11:03
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
Cəmiyyət 10:39
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Cəmiyyət 10:33
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol