• $ 1.7
  • € 1.97
  • ₽ 0.021803
  • ₺ 0.04
  • £ 2.2506

Bakıda mağazadan oğurluq kameralara düşdü - VİDEO

Bakıda mağazadan oğurluq kameralara düşdü - VİDEO
29.05.2020 02:11
23 yaşlı Əli Qurbanovun çarəsiz qalmasına səbəb, qarət olunmasıdı. Zərəçəkənin sözlərinə görə, bir neçə ay bundan öncə Bakının Xətai rayonu ərazisində obyekt icarəyə götürərək foto-studiya açıb. Məqsədi isə bacarığından istifadə edib, ailəsini dolandırmaq olub. Amma günün birində xəbər tutub ki, studiya naməlum şəxs və ya şəxslər tərfindən qarət olunub. Bundan sonra mağazaya gələn zərərçəkən içərinin dağınıq, kompüter avadanlıqlarının oğurlandığını görüb. Ümumilikdə Əli Qurbanova 3 min manat ziyan dəyib. Mağaza sahibinin sözlərinə görə, o hadisədən bir neçə gün oncə işinin çox olmasi ilə bağlı elə orda gecələyirimiş. Amma həmin günü obyekti bağlayıb evə gedib. Səhəri gün isə xəbər çatıb ki, oğurluq olub. Ehtimal olunur ki, oğrular onu bir neçə gün imiş izləyiblər. Amma zərərçəkənin üzünü güldürəcək izə də rast gəlinib. Belə ki, yaxınlqdakı mağazalardan birində quraşdırılan müşahidə kamerası oğurluğu anbaan lentə alıb. Kadırlardan da göründüyü kimi, naməlum 3 nəfər mağazanın qapısını qıraraq içəri keçir, təxminən bir neçə saniyədən sonra əllərinə keçəni alıb oranı tərk edirlər. Zərəçəkə Əli Qurbanov başına gələn bu hadisəsinin sözügedən ərazidə ilk belə hal olmadığını da bildirdi. Artıq başına gələnləri polisə də anlatdığını deyən Əli, video görüntülərin onlara da təqdim edib. Rayon Polis idarəsinin əməkdaşları müvafiq ekspertiza və müayinələr aparıb. Amma hələki bir nəticəsinin olmamasından gileyləndi.Xətai Rayon Polis İdarəsindən aldığmız son məlumata görə, artıq Əli Qurbanovun şikayəti əsasında araşdırmlar aparılır. Hələki bu oğurluq faktına görə, heç kimi istintaqa cəlb edilməyib. Amma həmin videogörüntü bu cinayətin açılmasında köməyi olacaq. Zərərçəkənə isə indi sadəcə polisdən gələcək xoş xəbəri gözləmək qalır.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Cəmiyyət 08:06
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Cəmiyyət 16:07
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Laçından ən son görüntülər- VİDEO
Cəmiyyət 19:39
Laçından ən son görüntülər- VİDEO
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol