• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var

Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
10.12.2022 23:50
Yevlaxda qəza olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Tanrıqulular kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai” və "Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən birgə xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
-----
Yevlaxda avtomobil qəzasında xəsarət alanlar futbol hakimləri və hakim-inspektor olub.

 Report xəbər verir ki, Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ədalət təmsilçiləri I Divizionda "Mingəçevir” və "Qaradağ Lökbatan” komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.

C.Haşımov FIFA dərəcəli keçmiş referi Mübariz Haşımovun qardaşıdır.
Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Cəmiyyət 22:21
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Cəmiyyət 16:22
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Cəmiyyət 18:00
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 14:22
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 23:30
"Neftçi"nin futbolçusu əməliyyat olunub
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Cəmiyyət 23:50
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Cəmiyyət 22:30
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Yaşar Vahabzadə istefaya göndərildi
Cəmiyyət 13:17
Yaşar Vahabzadə istefaya göndərildi
Bugünkü oyuna baha bilet satan 7 nəfər tutuldu
Cəmiyyət 17:47
Bugünkü oyuna baha bilet satan 7 nəfər tutuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol