• $
  • £

Sabiq bələdiyyə sədrinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Sabiq bələdiyyə sədrinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
16.01.2023 20:00
Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyib.

İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İş üzrə məhkəmə prosesi yanvarın 25-nə təyin olunub.

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 19:00
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 16:28
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Cəmiyyət 15:45
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 13:55
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Cəmiyyət 12:19
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Cəmiyyət 11:57
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - Video - Yenilənib
Cəmiyyət 11:10
Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - Video - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol