• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb - YENİLƏNİB

Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb - YENİLƏNİB
17.01.2023 16:52
Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanıb. Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib. 

"Sorğunuza cavab olaraq bildirirəm ki,  Məmmədli Cəmil Qiyas oğlu  15 dekabr 2022-ci ildə rayon sakini Cəlil Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. 


Cəmil Məmmədlinin barəsində  Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır. O saxlanılmayıb".

 ******
Xaçmazda fəaliyyət göstərən jurnalist Cəmil Məmmədlinin itkin düşdüyü iddia olunub.
 


Bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb. Qeyd olunub ki, C.Məmmədli dünən axşam saatlarında yerli polis şöbəsinə çağrılıb, daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyi isə Cəmil Məmmədlinin tutulma xəbərini təkzib edib. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Qafqazinfo”ya bildirilib ki, jurnalist Cəmil Məmmədli polis şöbəsinə dəvət olunub, daha sonra isə sərbəst buraxılıb: "Onun saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.

Daha sonra dostu Vüsal Başaratvi Cəmil Məmmədlinin səs yazısını yayıb. Həmin səsdə jurnalist qeyd edib ki, hazırda Bakıdadır və Daxili İşlər Nazirliyinə qəbula gedir.(qafqazinfo)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol