• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib

Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
05.03.2023 18:00
Martın 5-də Bakıda idman paradı təşkil edilib.

Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, idman federasiyalarının nümayəndələri, İdman Səfirləri və idman həvəskarları iştirak ediblər.

Əvvəlcə minlərlə parad iştirakçısı Dənizkənarı bulvarda, "Şeytan çarxı”nın (Bakının gözü) qarşısından "Dinamo" parkınadək yürüş ediblər. Paradda üçrəngli bayrağımızı Olimpiya çempionu Elnur Məmmədli aparıb.

Yürüş başa çatdıqdan sonra təntənəli mərasim keçirilib. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib. Ardınca Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

İdman Səfirlərinin (Aynur İmanova, Hacı Əliyev, Maksim Medvedev, Tofiq Musayev, Elnur Məmmədli, İlham Zəkiyev, Aliyə Paşayeva) təqdimatından sonra paralimpiya çempionu İlham Zəkiyev idmançılar adından çıxış edib.

Tədbirin bədii hissəsində əvvəlcə karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev "Qəhrəman əsgər" mahnısını oxuyub. Ardınca brekdans, kapoeyra, gimnastika hamı üçün, akrobatika gimnastikası növləri üzrə milli komanda üzvlərinin nümunəvi çıxışları olub.

Parad konsert proqramı ilə davam edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Cəmiyyət 22:21
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Cəmiyyət 16:22
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Cəmiyyət 18:00
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 14:22
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 23:30
"Neftçi"nin futbolçusu əməliyyat olunub
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Cəmiyyət 23:50
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Cəmiyyət 22:30
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Yaşar Vahabzadə istefaya göndərildi
Cəmiyyət 13:17
Yaşar Vahabzadə istefaya göndərildi
Bugünkü oyuna baha bilet satan 7 nəfər tutuldu
Cəmiyyət 17:47
Bugünkü oyuna baha bilet satan 7 nəfər tutuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol