• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Respondentlərin 73%-i evlərinin zəlzələyə dözümlü olduğuna inanır - SORĞU

Respondentlərin 73%-i evlərinin zəlzələyə dözümlü olduğuna inanır - SORĞU
10.03.2023 12:47
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə əsasən Bakıda 73%, Sumqayıda 69%, Gəncədə 53% insan yaşadığı binanın zəzlələ dözümlü olduğuna inanır. Bu barədə açıqlanan nəticələrdə qeyd olunub.
 
26% respondet isə zəzlələ dözümlülüyünə inanmadığını, 4% insan isə cavab verməkdə çətinlik çəkdiyini deyib. 
 
30 il ərzində tikilən binalarda məskunlaşanların 34%-i, istismar müddəti 30 ildən çox olan binalarda yaşayanların isə 25%-i yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmır.

Beş və doqquz mərtəbəli binalarda yaşayanların ümumilikdə 73%-i, on və daha yüksək mərtəbəli binalarda yaşayanların isə 64%-i binanın zəlzələ hadisəsinə qarşı dözümlü olduğuna inanır.


Yeni binalarda yaşayanların yarısı (50%-i) inamsızlığını istifadə edilən tikinti materialların keyfiyyətinin aşağı olması, 27%-i binanın bünövrə və konstruksiyasının möhkəm olmaması, 27%-i qonşu tikililərin yaxın olması amilləri ilə izah edib. İştirakçıların 23%-i öz mövqeyini dövlət nəzarətinin yetərli olmaması, 17%-i tikinti aparan şəxslərin/şirkətlərin peşəkar olmaması və digər faktorlar ilə əsaslandırıb.
 
 Köhnə binalarda yaşayanların isə əsas hissəsi (54%-i) binanın zəlzələ riskinə qarşı zəifliyini binanın yaşı ilə əlaqələndirib. İştirakçıların 23%-i binanın bünövrə və konstruksiyasının möhkəm olmadığını ifadə edib, mövqeyini binanın zirzəmisinə axıdılan çirkab suları ilə əsaslandırıb. Materialların keyfiyyətinin aşağı olması cavabı köhnə binalarda yaşayanların 14%-i, qonşu tikililərin yaxın olması cavabı isə cəmi 9%-i tərəfindən qeyd olunub.

Beş və doqquz mərtəbəli binalarda yaşayanların 48%-i zəlzələ hadisəsinə qarşı əsas risk amili kimi binanın yaşını irəli sürüblər.

Sorğuda iştirak edənlərin mümkün zəlzələ halında davranışları öyrənilib. Onların 52%-i zəlzələ olarsa mənzil daxilində təhlükəsiz bir yerə sığınacağını, 33%-i mənzili dərhal tərk etməyə çalışacağını bildirib. 9%-i bu halda nə edəcəyini bilmədiyini, 5%-i yalnız zəlzələnin keçməsini gözləyəcəyini ifadə edib.
 
Fevralın 6-də iki dəfə doqquz saat fərqlə 7.6 və 7.7 bal gücündə zəlzələ baş verib. Nəticədə 46 mindən çox insan ölüb. Zəlzələ Türkiyənin 11 vilayətində eləcə də qonşu ölkələrdə də hiss olunub. 
 
Azərbaycanlı deputat Vahid Əhmədov bir müddət öncə mətbuata açıqlama verərək bildirib ki, ona olan məlumata görə Azərbaycanda doqquz mərtəbədən artıq binaların tikilməsinə qadağa qoyulacaq. 
 
Bu barədə hər hansı bir rəsmi qərar və qanun yoxdur. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Cəmiyyət 22:29
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Cəmiyyət 21:51
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Gömrük generalı təqaüdə göndərilib
Cəmiyyət 21:35
Gömrük generalı təqaüdə göndərilib
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 21:30
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Xaçmazın 27 kəndində qaz olmayacaq
Cəmiyyət 20:58
Xaçmazın 27 kəndində qaz olmayacaq
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:55
Bakıda avtomobil yanıb
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Cəmiyyət 19:05
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Cəmiyyət 18:44
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Cəmiyyət 18:30
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol