• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

İlham Əliyev Novruz şənliyində iştirak edib - YENİLƏNİB

İlham Əliyev Novruz şənliyində iştirak edib - YENİLƏNİB
19.03.2014 13:36
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli uşaqlar Azərbaycan prezidentinə bayram xonçası təqdim edib, dövlət başçısı və xanımını bayram münasibətilə təbrik ediblər. Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Sonra prezident və xanımı Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər. Sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar. Prezident İ. Əliyev və M. Əliyeva Milli Parkda təşkil edilən “Şərq bazarı”nda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri, məhsulların sərgisi ilə tanış olublar. Prezident və xanımı “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxıblar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izləyiblər. Novruz şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.****** Azərbaycan prezidenti İlham Əliyev Bakıda Novruz bayramı ilə bağlı keçirilən tədbirdə iştirak edib.APA-nın məlumatına görə, Novruz şənliyi Qız qalasının qarşısındakı meydanda qeyd olunub. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə davam etdirilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ağdərədə mina hadisəsi baş verib
Cəmiyyət 14:41
Ağdərədə mina hadisəsi baş verib
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol