• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi birləşdirən yolun bir hissəsi çöküb

Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi birləşdirən yolun bir hissəsi çöküb
20.05.2023 10:39
Lənkəranda torpaq sürüşməsi olub.

Son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Dağlıq ərazidə yerləşən 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 4 yerində hərəkət zolağı sürüşməyə məruz qalıb.
 
Yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb.

Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən 48 nömrəli yol istismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görülür: "Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq onların imkanları xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunub. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə smeta sənədləri hazırlanıb".

Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 18:07
Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 17:51
Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 17:36
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:57
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Cəmiyyət 16:41
Gender bərabərliyi məsələləri üzrə əlaqələndirmə qrupları yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol