• $ 1.7
  • € 1.9561
  • ₽ 0.020897
  • ₺ 0.0404
  • £ 2.2206

Azərbaycanlı model sevgilisi tərəfindən döyülüb- DİN-dən açıqlama/ YENİLƏNİB

Azərbaycanlı model sevgilisi tərəfindən döyülüb- DİN-dən açıqlama/ YENİLƏNİB
31.05.2023 14:51
Model Razi Əliyevanı döyərək ona xəsarətlər yetirdiyi bildirilən sevgilisi, iş adamı Ziya Hüseynzadə instaqram hesabında Razi Əliyevanın dediklərini şər-böhtan adlandırıb. 

O, Razi Əliyevanın yazışmalarının paylaşıldığı iddia edilən səhifənin onun tərəfindən açılmadığını iddia edib.
 
"Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir. Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətinə əminəm!”
 
***** 
 
Model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadədən şikayətçidir.


O, bu barədə instaqramda paylaşım edib.

Razi Əliyeva son bir il ərzində başına gələnləri yazıb.
 
"Adsız bir nömrədən gələn bir ismarışa görə məni döyürdü. Gedib aydınlaşdırırdı, məlum olurdu ki, günahkar deyiləm və üzr istəyirdi. Telefonumu əlimdən alırdı və hamı ilə mənim adımdan yazışırdı ki, kiminləsə danışıb-danışmadığımı öyrənsin, eyni zamanda, bu gün üçün material hazırlayırdı. Sonra isə hər şeyi silirdi ki, görməyim. Bütün şəkillərimi özünə göndərirdi ki, sonra məni şantaj etsin. Məni evdə bağlayırdı ki, ondan qaça bilməyim. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim.

Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.

Model paylaşımında Daxili İşlər Nazirliyinin (DİN) rəsmi instaqram hesabını işarələyib.

Bundan başqa, Razi Əliyevanın görüntüləri, yazışmaları, şəxsi fotoları paylaşılan TikTok səhifəsi açılıb. İddia olunur ki, təqdim olunan mesajlar Raziyə məxsusdur və o, sevgilisinə xəyanət edib. Həmin hesabın ifşa məqsədilə Ziya Hüseynzadə tərəfindən açıldığı deyilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

"Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
Cəmiyyət 22:00
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Cəmiyyət 21:39
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Qaradağda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 18:50
Qaradağda erkən nikahın qarşısı alınıb
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 18:12
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Cəmiyyət 18:05
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Cəmiyyət 18:04
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Cəmiyyət 17:01
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Cəmiyyət 16:59
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
Cəmiyyət 16:52
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol