• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

Əlizamin Salayev aclıq aksiyasını dayandırıb

Əlizamin Salayev aclıq aksiyasını dayandırıb
01.06.2023 15:49
Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon şöbəsinin sədri, həbsdə olan Zamin Salayev aclıq aksiyasını dayandırıb. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli facebook hesabında paylaşıb.
 
Partiya sədrinin sözlərinə görə, məhkəmədə onun işinə ədalətlə baxılacağı üçün aclığı dayandırıb.
 
"Əlizamin Salayevin aclığı dayandırması hamımızı sevindirdi. Əlizamin bəy hakimiyyətə də şans yaratdı ki, bu böhranlı vəziyyətdən çıxa bilsin. Ümid edək ki, dövlət adından Əlizamin Salayevə verilən söz tutulacaq. Əlizamin Salayevə vəd olunub ki, Apellyasiya məhkəməsində onun məhkəmə işinə ədalətlə baxılacaq. Əlizamin bəy də bu vədi nəzərə alaraq aclığı 115-ci günündə dayandırıb. Ancaq Əlizamin bəy ailəsinə onu da deyib ki, aldadılsa, Apellyasiya məhkəməsi də onun şikayətinə düzgün baxmasa, Apellyasiya məhkəməsindən sonra quru, ölüm aclığına başlayacaq. Azərbaycan hakimiyyəti o vəziyyəti yaratmamalı və Apellyasiya məhkəməsi vasitəsilə Əlizamin bəyi azad etməlidi",-  partiya sədri əlavə edib.

Salayev 115-ci gün idi ki, aclıq aksiyası keçirir və azaldığa buraxılmasını tələb edirdi.
 
Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib.
 
Ombudsman Aparatının əməkdaşları indiyədək iki dəfə təcridxanada Zamin Salayevlə görüşüb.

Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya fəalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb 
 
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyi hakimiyyəti Zamin Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.


Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Cəmiyyət 21:06
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Binəqədidə mebel sexi yanır - Video/Yenilənib
Cəmiyyət 21:00
Binəqədidə mebel sexi yanır - Video/Yenilənib
Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb
Cəmiyyət 19:00
Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:11
Sabah bu ərazidə qaz olmayacaq
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub
Cəmiyyət 17:33
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub

Из Ирана эвакуированы еще 10 граждан Азербайджана
Cəmiyyət 17:00
Из Ирана эвакуированы еще 10 граждан Азербайджана

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 16:52
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 16:28
Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib


Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
Cəmiyyət 14:51
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol