Prokurorluqda işləyən qadınların sayı açıqlanıb

Azərbaycan prokurorluğunda hazırda 470 qadın əməkdaş çalışır. Onlardan 10 nəfər qadın rəhbər vəzifədə işləyirlər. Bunu Baş prokurorun müavini Heydər Məmmədov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əməkdaşların 207-si dövlət qulluqçusu statusundadır.
"Qadın işçilərin 99-u prokurorluğun əməliyyat işçiləridir. Onlardan 207-si dövlət qulluqçusu, 127-si müqavilə əsasında və 37-si isə hərbi qulluqçu qismində fəaliyyət göstərirlər",- baş prokurorun müavini əlavə edib.
2021-ci ildə prokurorluq orqanlarında çalışan qadınların sayı 93 nəfər olub, ötən illə müqayisədə isə 24 faiz artıb.
Son 20 ildə isə prokurorluq orqanlarına müsabiqə yolu ilə ümumilikdə 1151 nəfər işə qəbul edilib.
Aytac Zeynalova
www.anews.az