İranın xarici işlər naziri Azərbaycana gəlir
İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Azərbaycana gəlir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.
Məlumata görə, XİN başçısı azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Nasir Kənaninin sözlərinə görə, Abdullahianın Azərbaycana səfər çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
"Bu görüşlər İran və Azərbaycan arasında anlaşılmazlıqların həllinə səbəb ola bilər. Xoşbəxtlikdən iki tərəf arasında münasibətlərin atmosferi nümayəndə heyətlərinin əlaqələri və səfəri ilə əhəmiyyətli və konkret dərəcədə müsbətdir. Xarici işlər nazirinin Azərbaycana səfəri və keçirilən görüşlər iki tərəf arasında münasibətlərin səviyyəsinin yaxşılaşmasına səbəb ola bilər” - XİN sözcüsü əlavə edib.
Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas "Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox