• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Gəncədə "Azerçay" ilə Çay Festivalı keçirilib-FOTOLAR

Gəncədə
14.07.2023 17:08
Gəncə şəhərində doğma çay, "Azerçay”ın təşkilatçılığı ilə möhtəşəm Çay festivalı keçirilib.

Festival 10, 11, 12 iyul tarixlərində "Bayraq meydanı”nda baş tutub. 

Gəncə şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən və 3 gün ərzində davam edən  tədbirdə insanların xoş istirahətini və əyləncəsini təmin etmək üçün çay ənənələrini əyani nümayış etdirən guşələr ilə yanaşı, sənətkarlıq, duluzçuluq, toxuculuq kimi tarixi mədəniyyət nümunələrimizi təmsil edən müxtəlif maraqlı guşələr yaradılıb, əyləncəli proqramlar təşkil edilib. 

Festivalda həmçinin Gəncə sakinlərinə xüsusi ayrılmış guşələrdə "Azerçay” markasının çayından dadmaq imkanı yaradılıb. 

Tədbir zamanı uşaqlara ölkəmizin çayçılıq ənənələri barədə məlumat verilib. 
Sonda isə simvolik "Çay eksperti” sertifikatı təqdim edilməklə yanaşı balacaları sevindirmək üçün müxtəlif hədiyyələr verilib.

Festival çərçivəsində ziyarətçilər üçün müxtəlif oyunlar təşkil edilib və qaliblər mükafatlandırılıb. Eyni zamanda lotereya oyunu keçirilib, qaliblər müxtəlif hədiyyələr qazanıblar.

Sənan Şəfizadənin aparıcılığı ilə keçirilən konsert proqramında isə tanınmış ifaçılar Ədalət Şükürov, Ayaz Babayev, Elsever Muradov, "East or ⁷West”, "Nənələr” qrupu və digər müxtəlif rəqs qrupları öz çıxışları ilə Gəncə sakinlərinə əyləncəli anlar yaşadıb. 

İllərdir Azərbaycan çay mədəniyyətini qoruyub saxlamaq missiyasını üzərinə götürən "Azerçay” markası bu tədbiri həyata keçirərək həmçinin milli adət ənənələrimizə olan həssaslığını əyani şəkildə nümayiş etdirir. 

Festival çərçivəsində doğma gəncəliləri sevindirmək üçün, milli markamız , Nizami yurdunda 8000 ailəyə "Azerçay” buket hədiyyə edib, bununla bərabər seçilmiş marketlərdə 3 ay ərzində 225 qramlıq adıçəkilən məhsula 15% endirim də tətbiq olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol