• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Mopedlərlə bağlı cərimələr avqustun 1-dən qüvvəyə minir

Mopedlərlə bağlı cərimələr avqustun 1-dən qüvvəyə minir
31.07.2023 16:32
Avqustun 1-dən "Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik qüvvəyə minir. Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped (BDYPİ) sürücülərinə müraciət edib.
 
Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.

Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən "A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.
 
2023-cü ili 5 ayında paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib.
 
2022-ci ildə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs cərimələnib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat  cərimə nəzərdə tutulub.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol