• $
  • £

Astaranın 40 kəndi ilə əlaqə kəsilib

Astaranın 40 kəndi ilə əlaqə kəsilib
18.09.2023 21:54
Yağan güclü yağışlarla bağlı çayların daşması nəticəsində Astaranın 40 kəndi ilə əlaqə kəsilib.

Bu barədə Astara rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2750 nəfər olan 6 kəndi, ümumilikdə 15 min nəfər əhalinin yaşadığı 40 kəndlə əlaqə kəsilib.

Taxtananakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Zəngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının su anbarı üçün də təhlükə yaranıb.

Hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Vaqo körpüsündə kiçik həcmli nəqliyyat vasitələrinin hərəkəti üçün aidiyyəti qurumların nümayəndələri tədbirlər görürlər. Günün sonuna kimi yolun bir hissəsinin açılması nəzərdə tutulub.
Çayların daşması nəticəsində bir neçə körpünü sel aparıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda ər-arvad dəm qazından boğularaq ölüb
Cəmiyyət 09:55
Bakıda ər-arvad dəm qazından boğularaq ölüb
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
Cəmiyyət 09:45
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
Astarada 100 kq-dan çox narkotik vasitə aşkarlanıb
Cəmiyyət 09:37
Astarada 100 kq-dan çox narkotik vasitə aşkarlanıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:30
Bu ərazilərdə işıq olmayacaq
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 21:45
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Azərbaycanlı tələbə Imperial College London-a qəbul olunub
Cəmiyyət 19:54
Azərbaycanlı tələbə Imperial College London-a qəbul olunub
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Cəmiyyət 19:44
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:07
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol