• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Bu il Bakı metrosu nə qədər sərnişin daşıyıb?- STATİSTİKA

Bu il Bakı metrosu nə qədər sərnişin daşıyıb?- STATİSTİKA
05.10.2023 09:59
2023-cü ilin sentyabrında "Bakı Metropoliteni" QSC-dən 18 milyon 343 min 214 sərnişin istifadə edib. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, ən çox sərnişin sentyabrın 19-da (768 min 655), ən az sərnişin isə sentyabrın 3-də (355 min 508) daşınıb.

Aylıq daşıma koronavirus ("COVID-19”) pandemiyası elan edilənə qədərki - 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5,6 % az, 2022-ci ilin eyni ayına nisbətən isə 0,1 % çoxdur.

Cari ilin yanvar-sentyabrında Bakı metrosu 156 milyon 790 min 534 sərnişin daşıyıb. Bu isə 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 7,6 % az və 6,9 % çoxdur.
 
2022-ci ildə Bakmetropolitenin sərnişindaşımadan əldə etdiyi gəlir 60 milyon 749,9 min manat (artım 2,3 dəfə) təşkil edib. Ötən il metro nəqliyyatı ilə 208 milyon 696,1 min nəfər (artım 2,3 dəfə) daşınıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni üç xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 istismar stansiyasından ibarətdir.
 
Aytac Zeynalova
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah yağış yağacaq
Cəmiyyət 13:16
Sabah yağış yağacaq
Ana dili müzakirələri öz dilində danışa bilməyən rəhbərlər üçün aparılmalıdır - Rüstəmxanlı
Cəmiyyət 13:06
Ana dili müzakirələri öz dilində danışa bilməyən rəhbərlər üçün aparılmalıdır - Rüstəmxanlı
Gündəlik 800 saatlıq efiri 6 nəfərlə monitorinq etmək mümkün olmur - Şura sədri
Cəmiyyət 12:32
Gündəlik 800 saatlıq efiri 6 nəfərlə monitorinq etmək mümkün olmur - Şura sədri

Bu kolleclərə direktor müavinləritəyin edildi
Cəmiyyət 12:29
Bu kolleclərə direktor müavinləritəyin edildi
Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür - Yazıçı Anardan təklif
Cəmiyyət 12:25
Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür - Yazıçı Anardan təklif
Tofiq Bakıxanov “Əmək” ordeni ilə təltif edilib -SƏRƏNCAM
Cəmiyyət 11:40
Tofiq Bakıxanov “Əmək” ordeni ilə təltif edilib -SƏRƏNCAM

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 11:32
Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib
İşğaldan azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Cəmiyyət 11:26
İşğaldan azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb


Sumqayıtda körpə yüksək temperaturdan ölüb
Cəmiyyət 11:20
Sumqayıtda körpə yüksək temperaturdan ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol