• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Azərbaycanda özəl universitetlərə maraq niyə azalıb? - ARAŞDIRMA

Azərbaycanda özəl universitetlərə maraq niyə azalıb? -  ARAŞDIRMA
16.10.2023 13:22
Azərbaycan özəl ali təhsil müəssisələrində 2022-2023-cü il ortalama keçid balı minimum 150, maksimum 544 olub.  Bu barədə məlumat abituriyent 2 jurnalında məlumat verilib.

UNEC Biznes Məktəbinin proqram kordinatoru Vüsal Kərimli qeyd edib ki, cəmiyyət özəl universitetlərə gələcəyi bəlli olmayan universitet kimi baxır.

"Ən vacib amillərdən biri ondan ibarətdir ki, cəmiyyətin özəl univesitetlərə inamı itib. Bunun əsas səbəbi bir sıra özəl universitetlərin bağlanmasıdır. İnsanlar məhz bu səbəbdən özəl universitetlərə gələcəyi bəlli olmayan universitet kimi baxırlar”, - o deyib.

Onun sözlərinə görə, özəl üniversitetlər üçün aşağı bal toplayan abituriyent daha münasibdir.

"Özəl universitetlər üçün az bal toplayan abituriyent daha münasibdir çünki, o burada təhsil almaq üçün illik təhsil haqqı ödəməlidir. Bəzən deyirlər ki, təhsil biznesdir. Bu tamamilə doğrudur. Hazırda dövlət ali təhsil müəssisələri ilə müqayisədə özəl ali təhsil müəssisəsində illik təhsil haqqı daha yüksəkdir. Güzəştli, imtiyazlı tələbələr üçün dövlətin universitetlərə ödədiyi məbləğ 1700 manatdır. Belə olan halda özəl universitetlərə yüksək balla imtiyazlı tələbə qəbul edilməsi münasib deyil. Özəl universitetlərdə bir ixtisas üçün az bal toplayan tələbə 3000 manat ödəyəcəksə, imtiyazlı tələbə üçün dövlət 1700 manat ödəyir, bu zaman onların maliyyələşməsi çətin olur”, - Kərimli əlavə edib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edir ki, bir neçə il əvvəl özəl universitetlərin bağlanması, eyni zamanda onlar tərəfindən çox saylı saxta diplomların verilməsi insanların həmin universitetlərə marağını ciddi şəkildə azaldıb. 

"Biz qəbul plan yerini təhlil edəndə görürük ki, bu il  dövlət universitetlərinə 44 000,  özəl universitetlərə isə  8500-ə yaxın abituriyent qəbul olub. Özəl universitetlər ümumi qəbul planını tam şəkildə yerinə yetirə bilmirlər, plan yerinin dolma faizi çox aşağıdır. İnsanlar burada tədrisin keyfiyyətli olmadığını deyirlər.  Əvvəllər özəl universitetlərdə ödənişsiz təhsil yox idi, indi ödənişsiz təhsil var, amma daha az bal ilə abituriyentlər buranı seçirlər. Hətta subakalavrlar da universitet seçimi zamanı dövlət universitetlərinə üz tuturlar. Lakin dünya təcrübəsində tamamilə fərqli mənzərə var. Dövlət ali təhsil müəssisələrin qəbul olma faizində görürük ki, qəbul planı 93-94%-dir, özəl universitetlərdə isə bu 80% bəzi illərdə daha aşağı faizlər formalaşır. İnsanların özəl üniversitetlərə marağının olmaması etimadının aşağı düşməsi ilə bağlıdır”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, özəl universitetlərə üz tutanlar az olsa da, özəl məktəblərə üz tutanların sayı kifayət qədərdir. 

"Orta məktəblərdə valideyinlər istəyirlər ki, övladları özəl liseylərdə, özəl məktəblərdə oxusunlar. Biz bunu universitetlərdə görə bilmirik. Çünki univsersitet məzunlarının əmək bazarında iş təminatı, eyni zamanda işə götürənlərin məmnunluğu baxımından vəziyyət o qədər də yaxşı deyil”, -  Əsədov deyib. 

Ekspert qeyd edir ki, özəl ali təhsil müəssisələri arasında yalnız Xəzər Universitetinə yüksək bal yığan abituriyentlər qəbul olmaq istəyirlər.

"600-dən çox bal yığan abituriyentlər özəl ali təhsil müəssisələri arasında Xəzər Universitetini seçirlər. Bu dövlət universitetləri ilə rəqabət imkanına malik olan göstəricidir. Özəl universitetlərə qəbulda minimal bal 150-200 baldır. Bu isə yaxşı hal deyil, çünki belə olanda yüksək bal yığmış çox abituriyent özəl universitetlərə qəbul olmaq istəmir. Bu il ümumilikdə 30 mülki, 11 özəl təhsil müəssisəssinin qəbul plan yerində dövlət sifarişi əsasında ən çox abituriyent Bakı Dövlət Universitetinə qəbul olub. Dövlət və özəl təhsil müəssisələrinə qəbul planını təhlil edəndə görürük ki, çox cuzi faiz abituriyent elektron ərizəsində özəl universitetləri seçir.  Özəl universitetlərə meyl çox aşağıdır, hətta region universitetlərindən də aşağıdır. 
Mən hesab edirəm ki, bu universitetlərin inamını geri qaytarmaq lazımdır”, - o əlavə edib.

Ötən illərdə Azərbaycanda 10 özəl ali təhsil müəssisəsi bağlanıb. Hazırda 11 özəl ali təhsil müəssisəsi fəaliyyətini davam etdirir.

Aygün Mirakif
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol