• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya cinayət işi açılıb- YENİLƏNİB

21.11.2023 14:06
"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) cinayət işi açılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq.

****** 
 
"Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılıb.
 
O  birbaşa təyyarədən düşərkən saxlanılaraq  Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.

Vaqifqızı Azərbaycan məmurları arasında korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmaları ilə tanınır.

Hələlik həbslərlə bağlı rəsmi açıqlama yoxdur.

Bir gün əvvəl "Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb. 

"Abzas Media”nın ofisində axtarış aparılıb. 40 min avro dəlil kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb.
 
Həmin gün ictimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərlənib
Cəmiyyət 23:30
Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərlənib
Lökbatanda baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib - Yenilənib
Cəmiyyət 23:19
Lökbatanda baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib - Yenilənib
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 21:10
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Sumqayıtda təmir köşkündə yanğın olub
Cəmiyyət 19:30
Sumqayıtda təmir köşkündə yanğın olub
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 19:02
İsmayıllıda zəlzələ olub
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək
Cəmiyyət 18:06
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək

Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Cəmiyyət 17:32
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib

Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa iləgörüşdü
Cəmiyyət 17:14
Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa iləgörüşdü
Kamran Əsədovla Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilir
Cəmiyyət 17:00
Kamran Əsədovla Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol