Razi Nurullayev prezidentliyə namizəd oldu

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev növbədənkənar prezident seçkilərində namizəd olacaq.
Bu barədə deputatın "Facebook” sosial şəbəkə hesabında məlumat verilib.
Qərara əsasən növbədənkənar prezident seçkilərində namizəd kimi partiyanın sədri, deputat Razi Nurullayev irəli sürülüb.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.
2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib.
www.anews.az