Növbəti mərhələdə 70 tibbi müəssisəsində yoxlama aparılacaq - Faiq Mütəllimov
İki nazirlik tərəfindən yaradılan işçi qrupu tərəfindən (Səhiyyə Nazirliyi və Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin birgə yaratdığı qrup) 70 məüssisədə monitrinqlərin keçirilməsi nəzərdə tutulub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Siyasət Şöbəsinin müdiri deyib.
O bildirib ki, tibbi müəssislər üçün bu istiqamətdə yeni yol xəritəsi hazırlanacaq.
"Artıq may ayından işçi qrupu yaradılıb. Bu istiqamətdə çatızmazlıqların müəyyən olunması və işlərin aparılması nəzərdə tutulub. Təəssüf ki, regionalarda məişət tullantılarının basdırılması halları ilə qarşılaşırıq. Bundan sonra 70 müəssisədə monitorinq aparılması nəzərdə tutulub", qurum rəsmisi dekabrın 21-də "Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmə çıxışı zamanı deyib.
Bundan əvvəl səhiyyə nazirinin müavini Nadir Zeynalov tibbi tullantılarla bağlı 35 tibbi müəssisədə monitorinq keçirildiyini və orada nöqsanların olduğunu açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox