• $ 1.7
  • € 1.926
  • ₽ 0.021283
  • ₺ 0.0438
  • £ 2.2826

“Sabunçu xəstəxanası”nın baş həkimi məhkəmə zalında həbs olundu

“Sabunçu xəstəxanası”nın baş həkimi məhkəmə zalında həbs olundu
26.01.2024 09:23
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının (Sabunçu xəstəxanası kimi tamımır) keçmiş baş həkimi, dələduzluqda təqsirləndirilən Rauf İsfəndiyarovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.
 
Hazırlıq iclası başlayan kimi iş üzrə zərərçəkmiş müğənni Dəniz Əsədovanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb. O, ev dustaqlığında olan Rauf İsfəndiyarovun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. İsfəndiyarovun vəkili onun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığını bildirib. Prokuror isə vəsatəti dəstəkləyib. Qısa müşavirədən sonra məhkəmə zalında konvoyların sayı artırılıb, İsfəndiyarovun qolları qandallamaraq , məhbuslar üçün nəzərdə tutulmuş şüşə qəfəsə salınıb.
 
İbtidai istintaqın gəldiyi nəticəyə görə, Rauf İsfəndiyarov "Sabunçu xəstəxanası”nın baş həkimi işlədiyi müddətdə müğənnidən hissə-hissə  ümumilikdə 627 min manat alıb və mənimsəyib. İsfəndiyarov həmin məbləğin müəyyən hissəsini zərərçəkmişə qaytardığını bildirsə də,zərərçəkmiş bunu inkar edir.
 
İsfəndiyarova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Yaxın günlərdə məhkəmə baxışı olacaq, tərəflər ifadə verəcək.
 
Günel Əliyeva 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol