• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

XİN sərhəddə baş verən gərginliyə münasibət bildirib

XİN sərhəddə baş verən gərginliyə münasibət bildirib
26.02.2024 12:01
Sərhəddə baş verən gərginlik və Fransanın siyasəti bir-biri ilə bağlı olan inkişaflardan xəbər verir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Ermənistanla razılaşmalar əldə olunmasa da, 5 aya yaxın bir müddət sülh, sakitlik mövcud idi. Bu müddət ən sakit və sabit dövr kimi qiymətləndirilirdi. Bəzi çevrələr bu vəziyyətdən çox rahatsız idi. Onlar əllərindən gələni edirdilər ki, bu vəziyyət dəyişib gərginliyə çevrilsin. Avropa İttifaqının sərhəddə olan monitorinq missiyasının hərəkətləri, müxtəlif qərb diplomatlarının sərhəddə gəlməsi və bu məsələni gündəmdə saxlanması prosesin hansı mərkəzlərdən tərəfindən idarə olunmasına işarədir. Minalanmış ərazidə hərbçimizin sərhəddə snayperlə vurulması da bunu sübut etdi, hansı ki, Ermənistan da bunu etiraf etdi. Fransa bu hadisələrdə çox böyük canfəşanlıq edir. Münxen görüşü ilk dəfə deyil keçirilir. Görüş müsbət qiymətləndirildi. Dərhal sonra Fransada səfər zamanı müdafiə nazirinin Ermənistana gəlib təhdidedici açıqlamarın verilməsi, Qranada görüşü öncəsi hansı ki, Fransa xarici işlər naziri  Ermənistana gedib onların silahlanması ilə bağlı bəyanatlar vermişdi.Azərbaycana şər böhtanlar atılmışdı. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi görünür bir çox mərkəzləri narahat edir",- nazir fevralın 26-da Xocalı soyqırımı ilə bağlı "ana haray" abidəsini ziyarət edərkən jurnalistlərin suallarına cavab verərkən deyib.

Bir necə gün öncə Ermənistanın baş naziri Fransaya səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarını yerinə yetirməməkdə ittiham edib. 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanata cavab olaraq Fransanın yürütdüyü siyasət heç bir nəticə verməyəcəyini açıqlayıb.

Fevralın 12-də Dövlət Sərhəd Xidmətinin əməkdaşı Zəngilan istiqamətində Ermənistan Silahı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanıb. Daha sonra hər iki ölkənin sərhəd bölgəsində vəziyyətin gərginləşməsi baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını təsdiq edib.  

2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qarabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:48
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Cəmiyyət 13:42
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:46
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Cəmiyyət 12:32
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Cəmiyyət 12:31
“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı - Açıqlama
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:20
Sabah rayonlara qar yağacaq - PROQNOZ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol